1 nəfər dənizdə batdı

Bakının Xəzər rayonunda bir nəfər dənizdə batıb. Xəzər rayon Polis idarəsindən SİA-ya verilən məlumata görə, hadisə dünən saat 17:23 radələrində Süvəlan çimərliyində baş verib. Belə ki, çimərlikdə əylənənlər dənizdə kişi meyidi aşkarlayıblar. Dərhal hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşalrı cəlb olunub.

Xilasedicilər meyidi sudan çıxarıblar. Araşdırmalar zamanı məlum olub ki, dənizdə boğulan 62 yaşlı Malik Səfərovdur.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə