Manisada avtobus aşdı: 50 nəfər xəsarət aldı

Manisada avtobus aşdı: 50 nəfər xəsarət aldı

Avqustun 10-da Türkiyənin Manisa vilayətində sərnişin avtobusunun aşması nəticəsində 50 nəfər xəsarət alıb. Anadolu Agentliyi xəbər verir ki, İstanbuldan İzmir istiqamətinə hərəkət edən avtobus Akhisar-Manisa magistalının 40-cı kilometrliyində qəzaya uğrayıb. Qəza nəticəsində xəsarət alanların 6-sı xarici ölkə vətəndaşıdır. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə