Saatlıda çətənə kolları aşkar edilib

Saatlıda çətənə kolları aşkar edilib

Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə rayon ərazisində narkotik vasitələrə qarşı əməliyyat tədbirləri həyata keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, aparılan axtarışlar zamanı rayonun Novruzlu kənd sakini Vüsal Vəliyevə məxsus həyətyanı sahədə narkotik tərkibli çətənə kolları aşkar edilib. Məlum olub ki, Vüsal həmin kolları mal tövləsinin yanında gizlin sahədə əkib və aqrotexniki qaydada qulluq edərək yetişdirib. Saxlanılan şəxs narkotik aludəçisi olduğunu etiraf edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə