Lənkəranda ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib

Hadisə nəticəsində 1 nəfər ölüb,3 nəfər xəsarət alıb
Lənkəranda ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib

Ölümlə nəticələnən yol qəza hadisəsi Ələt-Astara magistralının 196-cı km-də, Lənkəran rayonundan keçən hissəsində baş verib.SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Masallı rayonu istiqamətindən gələn "Kia Rio" markalı, 42 BP 418 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan "KamAZ" markalı, 90 JN 632 dövlət nömrə nişanlı avtokranla toqquşub. Qəzadan sonra deformasiyaya uğrayan sərnişinlə dolu minik avtomobilində yanğın baş verib.Yoldan keçən vətəndaşların köməyi nəticəsində yanğını söndürmək mümükün olub.

Qəza nəticəsində ağır xəsarət alan Lənkəran şəhər sakini 20 yaşlı Lətafət Aslan qızı Əlizadə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər, Lənkəran şəhər sakinləri, 24 yaşlı Cavid Nurəli oğlu Qəmbərov, 29 yaşlı Gülər Rövşən qızı Kərimova və 31 yaşlı Füqanə Etibar qızı Zeynallı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Qəzanın dəqiq başvermə səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə