Azərbaycanda oğurluq dövlət nömrə nişanı ilə idarə olunan yük maşını saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu il yanvarın 29-da Bakı şəhər sakini Eşqin Həsənova məxsus, qaçırılmış "KamAZ" markalı avtomobilin Şəki şəhərinin ərazisində hissələrə bölünməsi müəyyən edilib, lakin avtomobilin dövlət qeydiyyat nişanları tapılmayıb.
Avqustun 7-də qeyd edilən dövlət qeydiyyat nişanları üzərinə taxılmış "KamAZ" markalı avtomobil Nərimanov rayonu Z. Bünyadov prospektində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib və görülmüş tədbirlər nəticəsində Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB