Hirkan Milli Parkı yanır

Lənkəranda Hirkan Milli Parkı yaxınlığında yanğın başlayıb. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın əsasən parkın inzibati binasına və "Hirkan" hotelinə yaxın ərazini əhatə edib.

Hadisə yerinə Lənkərandan 4, Lerik, Astara və Cəlilabad rayonlarının hər birindən bir yanğınsöndürən maşın və canlı qüvvə gəlib. Hazırda yanğının lokallaşdırılması üçün lazımi tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə