Cinayət törətdiklərinə görə 37 nəfər tutulub

Cinayət törətdiklərinə görə 37 nəfər tutulub

Avqustun 5-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 57 cinayət faktından 31-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə