Qazax rayonunun Ağköynək kəndinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ağköynək kəndinin ərazisindən 1 ədəd "TOZ 63" markalı, 1 ədəd nömrəsiz "TOZ-8" markalı, 1 ədəd lüləsi və qundağı kəsilən, 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli tüfənglər, 11 ədəd alışdırıcısız qumbara, 6 ədəd qumbara alışdırıcısı, 1 ədəd mərmi və 48 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB