Azərbaycanda silsilə oğurluqlar törədən Türkiyə vətəndaşı həbs edilib. SİA-nın xəbərinə görə, Nərimanov Rayon Polis İdarəsindən verilən məlumatda bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində oğurluq etməkdə təqsirli bilinən Roman Moskalyov və Türkiyə vətəndaşı Kutlu Alı Riza Hamit oğlu tutulub. Onların ətrafında aparılmış əməliyyat tədbirləri ilə adıçəkilən şəxslərin Bakı şəhər sakinləri Nicat Abdullayevə, Xəyalə Aslanovaya, Samirə Qocayevaya və Emil Ramazanova məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları, habelə İsaabdulla Quliyevə və Təranə Hümmətovaya məxsus velosipedləri oğurlamaları müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB