DİN əməkdaşı yol qəzasında öldü

DİN əməkdaşı yol qəzasında öldü

Bakıda ağır yol qəzası baş verib. SİA-nın xəbərinə görə, Pirallahı Rayon Polis Şöbəsindən verilən məlumatda bildirilir ki, avqustun 3-də Dübəndi qəsəbəsində Bakı şəhər sakini Fuad Ramiz oğlu Allahverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Bayram Ağayevin idarə etdiyi "Volkswagen" markalı maşınla toqquşub. Nəticədə F. Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Məlumatda həmçinin bildirilir ki, qəza zamanı dünyasını dəyişən F. Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin avtonəqliyyat şöbəsinin əməkdaşıdır. O polis polkovnik-leytenantı rütbəsi daşıyıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə