Neftçala rayonu Xıllı kəndi ərazisində Kür çayında (ən yaxın xilasetmə məntəqəsindən 30 km aralı, nəzarət olunmayan ərazidə) bir nəfər batıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Kürdə batan 1969-cu il təvəllüdlü Samit Əhmədağa oğlu Əhmədovun cəsədi batdığı yerdən 300 m aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB