Kimliyi bəlli deyil
Piyada hadisə yerində öldü

Ötən gecə Şirvan Hacıqabul avtomabil yolunda piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhərində yaşayan Ağdam rayonundan köçkün olan sürücü 1986-cı il təvəllüdlü Hacıyev Samir Qadir oğlu idarə etdiyi VAZ 2107 markalı 90 BJ 587 nömrəli avtomabillə Şirvan şəhərindən Hacıqabul istiqamətə hərəkət edən zaman yolu keçən piyadanı vurub. Piyada xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı ölən şəxsin kimliyi məlum deyil.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə