18 yaşlı gənci bıçaqlayan şəxs tutuldu

18 yaşlı gənci bıçaqlayan şəxs tutuldu

Bakıda 18 yaşlı gənci qətlə yetirən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 31-də Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal Abdullayevi bıçaqla qətlə yetirib.

Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Emin Ağazadə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə