Gün ərzində 53 cinayət faktı qeydə alınıb

Gün ərzində 53 cinayət faktı qeydə alınıb

İyulun 29-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 53 cinayət faktından 25-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 3 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 24 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə