DİN ögey oğlunu öldürən ata ilə bağlı açıqlama yaydı

DİN ögey oğlunu öldürən ata ilə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) ögey oğlunu bıçaqlayan ata ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ailə-məişət münaqişəsi zəminində ögey oğluna bıçaqla xəsarət yetirib qaçmış şəxs həbs olunub.

Belə ki, iyulun 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində Ağaməmməd Hüseynov evində ailə-məişət münaqişəsi zəminində ögey oğlu Samir Həsənova bıçaqla xəsarəti yetirərək hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş S.Həsənov orada ölüb.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağaməmməd Hüseynov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə