Bərdədə ağır yol qəzası 1 ölü, 1 yaralı

Bərdədə ağır yol qəzası 1 ölü, 1 yaralı

Bərdədə ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Yevlax magistral yolunun Cəyirli kənd ərazisində qeydə alınıb.

Şəhər istiqamətində yüksək sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobilin sürücüsü idarə etməni itirib və minik maşını bir neçə dəfə yuvarlanaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və azyaşlı ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq sürücü xəstəxanada həyatını itirib. Azyaşlının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə