Lənkəranda ağır yol qəzasında 1 nəfər ölüb

Lənkəranda ağır yol qəzasında 1 nəfər ölüb

Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə iyulun 24-də axşam saatlarında rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Rayonun Vel kənd sakini, 1984-cü il təvəllüdlü Ələddin Zakir oğlu Məmmədovun idarə etdiyi "VAZ-21099" markalı, 42 BJ 299 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılıb. Nəticədə sürücü və onun yanındakı sərnişin, 1997-ci il təvəllüdlü Rövşən Məhərrəm oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq sürücü Ə.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Sərnişin R.Məmmədovun vəziyyətinin isə ağır olduğu bildirilir.

İlkin versiya kimi hadisənin avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi qeyd edilirr.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə