Rusiyadan qaçdılar Azərbaycanda tutuldular

Rusiyadan qaçdılar Azərbaycanda tutuldular

Rusiyada axtarışda olan şəxslər Azərbaycanda tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Elçin Məmmədov tutulub.

İdarənin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Elxan Cəfərov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə