Bakıda dələduzluqla bankomatdan pul çıxaran keçmiş məhkum tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 18-də naməlum şəxs Bakı şəhər sakini Qızılgül Hüseynovanın etibarından sui-istifadə edərək Təbriz küçəsində yerləşən "Beynalxalq Bank"ın bankomatından 175 manat çıxararaq dələduzluq edib.
Nərimanov Rayon Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Zakir Əliyev tutulub. Tutulan zaman onun üzərində 0.287 qram heroin götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB