Şəmkir sakinində narkotik vasitə və silah-sursat aşkar olunub

Şəmkir sakinində narkotik vasitə və silah-sursat aşkar olunub

Şəmkir rayon sakini Fikrət Əliyevə məxsus bağ sahəsindən ümumi çəkisi 109 kiloqramdan çox olan çətənə kolu rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Onun evinə baxış zamanı isə 41,7 qram marixuana, 31,6 qram çətənə toxumu, müvafiq sənədləri olmayan tüfəng, üç qumbara, iki qumbara alışdırıcısı və 12 patron aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə