"İş başında" yaxalandı

Bakıda silah alveri ilə məşğul olan keçmiş məhkum "iş başında" yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Bağırov "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd patron darağını və 5 ədəd patronu satarkən tutulub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə