Həm narkotik vasitələr, həm də silah-sursat aşkar edildi

Həm narkotik vasitələr, həm də silah-sursat aşkar edildi

Şəmkir şəhər sakinindən narkotik vasitələr və silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fikrət Əliyevə məxsus bağ sahəsindən kultivasiya yolu ilə yetişdirilib, ümumi çəkisi 109 kiloqram 180 qram olan 72 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

F. Əliyevin evinə baxış zamanı isə 41,7 qram marixuana, 31,6 qram çətənə toxumu, 1 ədəd müvafiq sənədləri olmayan tüfəng, 3 qumbara, 2 qumbara alışdırıcısı və 12 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə