Əmisi oğlunun qanını tökdü

Əmisinin oğluna bıçaqla xəsarət yetirmiş Neftçala rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 14-də Neftçala rayonu ərazisində rayon sakini Böyükağa Samurov münaqişə zəminində əmisinin oğlu İlqar Samurova bıçaqla xəsarət yetirib.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Samurov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə