Tanınmış meyxana ustası Bayram Kürdəxanılı saxlanılıb. SİA-nın xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumatda bildirilir ki, 1962-ci il təvəllüdlü Bayramqulu Quliyev iyulun 12-də Bakıxanov qəsəbəsində, "Nilufər" şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.
B.Quliyevin üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.
Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilən B.Quliyev bazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, B.Quliyev meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB