300 manatın badına getdi

Bakıda sərnişin avtobusunda oğurluqla məşğul olan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 10-da 44 saylı xətt avtobusunda Nərminə Həsənovanın əl çantasından 300 manat, qızıl üzük və mobil telefon oğurlanıb.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Cəmilə Əfsəlova tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə