Futbolçunun atasını diri-diri yandırdılar

Futbolçunun atasını diri-diri yandırdılar

Futbol üzrə Dünya Çempiyonatında Kamerun yığmasını təmsil edən futbolçunun atasını diri-diri yandırıblar. DÇ bitdikdən sonra Kamerun yığamasının üzvü Nikolas N'Kolounun atası Akongonun meyidi tapılıb.

Onun meydinin özünə məxsus olan maşında aşkar edildiyi bildirilir. Ekspertizanın nəticələrinə görə futbolçunun atası diri-diri yandırılıb.

Fransız mətbuatında qeyd olunub ki, bu cinayət DÇ-də pis nəticələr göstərən futbolçulara göz dağı olsun deyə törədilib.

Qeyd edək ki, həmin futbolçu 2010-cu ildə keçirilən DÇ zamanı da öz anasını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə