Gün ərzində 52 cinayət faktı qeydə alınıb

Gün ərzində 52 cinayət faktı qeydə alınıb

İyulun 13-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 52 cinayət faktından 19-nun üstü "isti izlər"lə açılmışdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında qeydə alınmış 5 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.

Cinayət törətdiyinə görə 23 nəfər tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə