Dolmadan narkotik çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 29, 120.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Fərəc Ədalət oğlu Muradova dayısı İlham Mürşüd oğlu Bayramovun gətirdiyi sovqata baxış keçirilən zaman, plastmas qabda olan kələm dolmasının içərisində sellofana bükülərək gizlədilən, xalis çəkisi 14.663 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə