Hacıqabul rayonunun ərazisində Tərtər rayon sakini Azər Nuriyevin idarə etdiyi "Hyundai" və Sumqayıt şəhər sakini Hamlet Qarayevin idarə etdiyi "BMW" markalı avtomobillər toqquşmuşdur. H.Qarayev hadisə yerində ölmüş, onun avtomobilində olan sərnişin, həmyerlisi Rövşən Əhmədəliyev, habelə A.Nuriyevin maşınındakı sərnişinlər – Sənubər Musayeva və Şəhriyar Musayev xəstəxanaya yerləşdirilmişlər.
Abşeron rayonunun ərazisində isə Qobustan rayon sakini Zülümxan Mayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Göyçay rayon sakini Nurlan Cəfərovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılmışdır, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB