Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
İyulun 12-də Xətai rayonu Məhəmməd Hadi küçəsində Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Xəqani Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü İmran Şıxmirovu vurub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İ.Şıxmirov aldığı xəsarətlər nəticədə, 3 saylı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB