Balığın qarnından narkotik çıxdı FOTO

Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı 2 ədəd quru balığın içərisində gizlədilmiş, 7 ədəd sellofana bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, N.Ağayev Cinayət Məcəlləsinin 206.2; 234.4.3 və 66.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə