Bakıda Kürdəmir sakinini bıçaqlayan 18 yaşlı gənc saxlanılıb

Bakıda Kürdəmir sakinini bıçaqlayan 18 yaşlı gənc saxlanılıb

Bakıda Kürdəmir rayon sakinini bıçaqlayan 18 yaşlı gənc saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 6-da Ə.Əliyev küçəsində naməlum şəxs Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü Zakir Hüseynovun bud nahiyyəsinə bıçaqla xəsarət yetirib.

Nərimanov Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Post Patrul Xidməti Bölməsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini 1996-cı il təvəllüdlü Vüsal Əliyev tutulub.

Faktla bağlı cinyaət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə