Gün ərzində 68 cinayət faktı qeydə alınıb

Gün ərzində 68 cinayət faktı qeydə alınıb

İyulun 7-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 68 cinayət faktından 31-nin üstü "isti izlər"lə açılmışdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında qeydə alınmış 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 6 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiyinə görə 26 nəfər tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə