Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 263.1 maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Mirhəsən Miri oğlu Dadaşovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Gülxanım İsrafil qızı Vəliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, əl çantasında gizlətdiyi 1 ədəd "Motorolla" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB