Sabunçu rayonunda qətl hadisəsi törədilib

Sabunçu rayonunda qətl hadisəsi törədilib

İyulun 7-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs qəsəbə sakini Andrey Sibizova bıçaqla xəsarət yetirmişdir. A.Sibizov aldığı xəsarətdən evində ölmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hadisəni münaqişə zəminində törətmiş Kürdəmir rayon sakini Orxan Mehdiyev Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə