İyulun 3-də Cəlilabad şəhər sakini Xəyal Həsənov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 1-dən 2-dək olan müddətdə həmyerliləri Sübhan İsayevin, Cavid Qurbanovun, Bəhram Kərimovun, Şahin Mahmudovun, Xəqani Əhmədovun və Zamiq Rzayevin onu "Silsilə" adlandırılan əraziyə aparıb tapança ilə hədələyərək 3500 manatını, sonradan evinə gedib anası Səliqəyə özlərini polis əməkdaşları kimi təqdim edərək ondan da 5 min manat aldıqlarını bildirmişdir.
İyulun 3-də isə Yardımlı rayon sakini Balaxan Əliyev Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyunun 2-də saat 2 radələrində evinə gəlmiş şəxsiyyəti məlum olmayan 7 nəfərin özlərini polis əməkdaşları kimi təqdim edib oğlu Rabilin Cəlilabad şəhər sakini Xəyal Həsənova narkotik vasitə satdığını bildirərək tutulmaması müqabilində ondan 20 min manat tələb etdiklərini bildirmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş rayon sakinləri - Sübhan İsayev, Cavid Qurbanov, Bəhram Kərimov və Şahin Mahmudov tutulmuş, Xəqani Əhmədov və Zamiq Rzayevin tutulmaları üçün tədbirlər davam etdirilir.
Faktla əlaqədar cinayət işi başlanılmışdır, Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB