Mikroavtobus minik maşını ilə toqquşdu 1 ölü, 16 yaralı var

Mikroavtobus minik maşını ilə toqquşdu 1 ölü, 16 yaralı var

Ağdaşda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub, 16 nəfər yaralanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yenicə kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus "Ford" markalı sərnişin mikroavtobusu sahibi məlum olmayan "VAZ" markalı minik avtomobili ilə toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusda olan 15 nəfər şəxsiyyətləri məlum olmayan sərnişinlər müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Ucar və Ağdaş rayon Mərkəzi xəstəxanalarına aparılıblar.

Mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla mikroavtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:28-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə