Gün ərzində 69 cinayət faktı qeydə alınmışdır

Gün ərzində 69 cinayət faktı qeydə alınmışdır

İyunun 30-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 69 cinayət faktından 26-nın üstü "isti izlər"lə açılmışdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında qeydə alınmış 7 yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölmüş, 9 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.

Cinayət törətdiyinə görə 34 nəfər tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə