Xəzər rayonunun Mərdəkan qəsəbəsində Ağdam rayon sakini Əli Əliquliyevə məxsus mağazadan pul, tütün məmulatı, spirtli içki və ərzaq məhsulları oğurlanmışdır. Oğurluqda şübhəli bilinən Ucar rayon sakini Elxan Qasımov rayon polis idarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Göygöl rayonunda Emin Haqverdiyevə məxsus mağazadan pul, danışıq kartları və ərzaq məhsulları oğurlanmışdır.
Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş rayon sakini Elşən Hacıyev tutulmuşdur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində Sumqayıt şəhər sakini Emin Ağayevə məxsus mağazadan pul, danışıq kartları, ərzaq məhsulları və tütün məmulatları oğurlanmışdır.
Hadisəni törətmiş Bakı sakini, əvvəllər məhkum olunmuş Pərvin Quliyev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB