FHN-in Zaqataladakı zəlzələ ilə bağlı rəsmi məlumatı

FHN-in Zaqataladakı zəlzələ ilə bağlı rəsmi məlumatı

FHN Zaqataladakı zəlzələ ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, 29 iyun 2014-cü il tarixində Bakı vaxtı ilə saat 22:26-da Zaqatala rayonunundan 14 km Cənub-qərbdə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 6 bal olub. Yeraltı təkanlar zəlzələ mərkəzinə yaxın yaşayış məntəqələrində 6 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə