Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postuna daxil olmuş Türkiyə vətəndaşı Aydın Ömərin idarə etdiyi avtomobildə sənədlərdə göstərilməmiş televizorlar gətirildiyi barədə məlumat alınmışdır.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Bakı Baş Gömrük İdarəsinin "İpək yolu" terminalında nəqliyyat vasitəsinə baxış keçirilmiş və avtomobildən 749 ədəd müxtəlif ölçülü "Samsung" markalı LED televizor aşkar edilərək götürülmüşdür.
İlkin istintaq zamanı müəyyən edilmişdir ki, Aydın Ömər bir qrup şəxslə cinayət əlaqəsinə girərək "Sınıq Körpü" gömrük postunda 21220 kiloqram kvarslı qum və trixlorosiyan turşusu gətirməsinə dair doğru olmayan məlumatları əks etdirən sənədlər təqdim etmiş, əvəzində isə sərhəddən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərmişdir.
Faktla bağlı Aydın Ömərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, şübhəli şəxs qismində saxlanılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB