Orqanını zarafatla satmaq istədi

Orqanını zarafatla satmaq istədi

Bakıda insan orqanı "alverçi"ləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən bildirilib ki, bir müddət əvvəl metronun "Qara Qarayev" stansiyasının çıxışında böyrək satılmasına dair elanlar vurulub. Bu barədə müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış informasiya cəmiyyət arasında narahatlığa səbəb olub.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirmiş Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ. və 1995-ci il təvəllüdlü E.E. saxlanılıblar.

Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildiriblər.

Həmin şəxslər əməllərindən səmimi peşmanlıq keçirib, etdikləri hərəkətlərə görə üzr istəyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə