Milli Təhlükəsizlik Nazirliyi (MTN) Şirvanda növbəti uğurlu əməliyyatını keçirib. SİA-nın verdiyi məlumata görə, MTN-nin əməkdaşları ötən gecə Şirvan şəhəri ərazisində 5 kiloqrama yaxın civə aşkar edərək götürüblər. Aşkar olunan civənin qablaşdırılıb götürülməsi üçün FHN-nin əməkdaşlarından və mütəxəssislərindən ibarət briqada Şirvan şəhərinə gəliblər. Civənin kimə məxsus olması isə araşdırılır.
Xatırladaq ki, MTN bundan əvvəldə uğurlu əməliyyatlar keçirərək Şirvan şəhərində müxtəlif şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitələr aşkar edərək götürüblər.
İqbal Mikayılov, Aran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB