Narkotik vasitəni satmaq istəyən şəxs yaxalandı

Narkotik vasitəni satmaq istəyən şəxs yaxalandı

Bu günlərdə bir qrup şəxs tərəfindən Azərbaycana satış məqsədi ilə qanunsuz narkotik vasitələr gətirildiyinə dair Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə məlumat daxil olmuşdur.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, idarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İsbəndiyar Mehdiyev adlı şəxs İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda narkotik vasitəni Beyləqan rayonunun İkinci Şahsevən kəndində şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satarkən yaxalanmışdır. Həmin şəxsdə 2 kiloqram 998,8 qram tiryək aşkar olunmuşdur.

Fakt üzrə cinayət işi başlanmışdır. İ.Mehdiyev şübhəli şəxs qismində saxlanılmış, ona Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ittiham elan edilmiş və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən olunması məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə