Lənkəranda saxta pul satan şəxslər yaxalandı

Lənkəranda saxta pul satan şəxslər yaxalandı

Lənkəranda iki nəfərdə xeyli miqdarda saxta pul aşkarlanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Şərur rayon sakini, 1987-ci il təvəllüdlü Əsgər Gülağa oğlu Abbasov və Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Cavidan Qurban oğlu Həsənov rayonun Liman şəhəri ərazisindəki mağazalarda üzərlərində gəzdirdikləri saxta pul əsginaslarını dəyişərkən şübhəli şəxs qismində saxlanılaraq Liman Şəhər Polis Bölməsinə gətiriliblər. Bölmədə onların üzərinə baxış keçirilərkən Əsgər Abbasovun üstündən 26 ədəd 100 manatlıq və 34 ədəd 50 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

Lənkəran ŞRPŞ-nin müstəntiqi Toğrul Hüseynov bildirib ki, faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 204.2 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə