İmişlidə qəza: 1 ölü, 2 yaralı

İmişlidə qəza: 1 ölü, 2 yaralı

Ötən gecə İmişli-Qaravəllli avtomobil yolunun 1-ci km-də Qaralar kəndi ərazisindən keçən hissəsində İmişli rayon Məmmədli kənd sakini Bayramov Hikmət idarə etdiyi vaz 2106 markalı minik maşını ilə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil dord yol ayrıcında olan dairəvi beton örtüyə çırpılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qəza zamanı avtomobildə olan sərnişin İsmayılov Şahmar aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.

Sürücü və avtomobildə olan digər sərnişinlər Hüseynov Ramin və Qəmbərov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə