"Avtoş"luq edən sürücü kanala düşdü FOTOLAR

"Avtoş"luq edən sürücü kanala düşdü FOTOLAR

Şirvanda "avtoş"luq edən sürücü avtomobili kanala aşırıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhərinin Heydər Əliyev prospektində sürücü, Şirvan sakini, 1991-ci il təvəllüdlü Hüseynov Fərid Ağakişi oğlu "Reno" markalı 99 FM 547 dövlət nişan nömrəli avtomobili yüksək sürətlə idarə etdiyi zaman idarəetməni itirərək körpünün qorunma zolağında yerləşən ağır beton bardürləri, dəmir baramaqlıqları dağıdaraq yoldan çıxıb və 30 metr hündürlükdən Şirvan kanala düşüb.

Avtomobildə olan sürücü Fərid Ağakişiyev və sərnişin Şirvan sakini 1986-cı il təvəllüdlü Nağıyev Mübariz Zabil oğlu kanala düşən avtomobildən üzüb çıxa biliblər. Hər iki gənc xoşbəxtlikdən yüngül xəsarət alıblar və Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmataloqiya şöbəsinə yerləşdiriliblər.

Əraziyə polis əməkdaşları cəlb edilərək avtomobilin kanaldan çıxarılması üçün tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə