Şirvanda avtoxuliqanlıq edən sürücü avtomobili kanala aşırıb. SİA-nın verdiyi məlumata görə, hadisə gecə yarısı Şirvan şəhərinin H.Əliyev prospektində Baş Şirvan Kollektorunun üstündən keçən körpüdə baş verib. Şirvan sakini, 23 yaşlı Hüseynov Fərid Ağakişi oğlu "Renault" markalı 99 FM 547 dövlət nömrə nişanlı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil 9 metrlik körpünün beton və metal sədlərini dağıdaraq, hündürlükdən kanala düşüb. Avtomobildə olan sürücü Fərid Hüseynov və sərnişin, Şirvan sakini 28 yaşlı Nağıyev Mübariz Zabil oğlu kanaldan üzüb xilas olublar. Hər iki şəxs yüngül xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Əraziyə polis əməkdaşları cəlb edilib, avtomobil kanaldan çıxarııb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov, Aran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB