Lənkəranda qətl hadisəsi baş verib

Lənkəranda qətl hadisəsi baş verib

Lənkəranda, maşın rəngsazlığı ilə məşul olan şəxs, həmyerlisinə 1 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Hadisə rəngsazın işlədiyi sexin qarşısında baş verib. Lənkəranda qətl hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saat 2 radələrində rayonun Göyşaban kəndi ərazisində yerləşən maşın təmiri sexinin həyətində qeydə alınıb.

Həmin sexdə rəngsaz işləyən 23 yaşlı Bəhruz Mikayılov iş yerində həmyerlisi 22 yaşlı Elnur Kişiyevlə mübahisə edib. Tərəflər arasında yaranan münaqişə sonda bıçaqlanma ilə nəticələnib. Elnuru susdurmaq məqsədi ilə Bəhruz onun ürək nahiyəsindən 1 bıçaq zərbəsi endirib. Elnur aldığı xəsarətdən yerindəcə keçinib.

Lənkəran rayon prokurorluğunda baş verən qətl hadisəi ilə bağlı cinayət işi açılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə