Qafqaz Universitetindəki yanğın zamanı 10 tələbə təxliyə olunub

Qafqaz Universitetindəki yanğın zamanı 10 tələbə təxliyə olunub

Qafqaz Universitetində baş verən yanğın zamanı 10 tələbə təxliyə olunub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xırdalan şəhərində beşmərtəbəli inzibati binanın yataqxanasının 3-cü mərtəbəsində ümumi sahəsi 25 kv.m olan mətbəxində 1 ədəd soyuducusu yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 tələbə yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Yataqxana yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə